22 Fevral 2024, 16:15
FUTBOL
“Bayer”in baş məşqçisi Xabi Alonso çox güman ki, mövsümün sonunda Top-klublardan birinin sükanı arxasına keçəcək. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi onun gedişindən qazanc əldə edəcək.
Belə ki, ispaniyalının müqaviləsindəki təzminat məbləği 15-20 milyon avro təşkil edir. Bu bənd mayın sonunda aktivləşdirilə bilər. Hazırda “Bavariya” və “Liverpul” rəhbərliyi mövsümün sonu üçün baş məşqçi postunda onu görür.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən “Bayer”i çalışdırır. Leverkuzenlilər hazırda 58 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir.