“Qarabağ”ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç “Qarabağ”ın bu gün Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.
“Qarabağ”ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç “Qarabağ”ın bu gün Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.
2018-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən yarımmmüdafiəçi hazırda “Neftçi”nin oyunçusu olduğunu və “ağ-qaralar”ın oyunlarına kökləndiyini söyləyib.
Ozobiç yeni baş məşqçi Miodraq Bojoviç barədə də danışıb: “Qışda baş məşqçi dəyişikliyi oldu. Bu şəxs bizə həqiqətən köməklik edəcək və daha yaxşı nəticələr qazanacağıq. Kuboku qazanmaq və liqada ikinci olmaq şansımız var. Bu, realdı. Növbəti matçlarda özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik. Bunun sayəsində nəticə əldə etmək mümkündü”.
Qeyd edək ki, Filip Ozobiç ötən ilin yayında “Qarabağ”dan “Neftçi”yə keçib. report