Andres İnyesta məşqçiliyə başlamağa hazırlaşır. Matc.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunda çıxış edən yarımmüdafiəçi mövsümün sonunda adıçəkilən komandanın baş məşqçisi ola bilər.

Bu barədə əmirliyin prezidenti məlumat verib. Komanda hazırda BƏƏ çempionatında son pillələrdə qərarlaşıb və turnirin başa çatmasına 9 tur qalmış 12-ci yerdən 8 xal geri qalır. “Emireyts” aşağı diviziona düşməmək uğrunda mübarizə aparır.

Klub prezidenti Yussef Əl-Batran ispaniyalı futbolçunun futbolçu kimi karyerasını davam etdirmək ehtimalının olduğunu da bildirib: “Onun müqaviləsinin yayda başa çatdığını nəzərə alsaq, çətindi, lakin qeyri-mümkün deyil. İnyestanın sözləşməsini daha bir il uzatmaq üçün birtərəfli seçimi var. Hər şey komandanın yüksək divizionda qalıb-qalmayacağından asılı olacaq. Komanda liqada qalsa, müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayacağıq. Çünki hələ də çox yaxşı texniki və fiziki vəziyyətdədi. Amma aşağı liqaya düşsək, belə oyunçunun orada oynamasına razı olmayacağam. Belədə İnyestaya komandanı çalışdırmaq imkanı təklif edəcəyəm”.

Qeyd edək ki, Andres İnyesta ötən yay “Emireyts”lə müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest