17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb edilən qapıçı Elbrus Kərimov məşq zamanı zədələnib.

Bu səbəbdən o, yığmadan kənarda qalıb. Əvəzində “Neftçi”dən Məhdi Həsənov yığmaya çağırılıb.

Qeyd edək ki, U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz ayın 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest