“Mançester Yunayted”in hücumçusu Antoni Marsial İngiltərədə qala bilər. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”dan ayrılacaq futbolçu Premyer Liqanın digər klubunun maraq dairəsindədi.

Belə ki, “Tottenhem” Fransa millisinin üzvü ilə ön xətti gücləndirməyi planlaşdırır. 28 yaşlı oyunçu yayda azad agent statusu daşıyacaq. Çünki onun hazırkı komandası ilə müqavilə müddəti mövsümün sonuna qədərdi və sözləşmə yenilənməyəcək.

Həmçinin İtaliya nəhəngləri “İnter” və “Yuventus” da Marsial uğrunda mübarizə aparır.

Qeyd edək ki, Antoni Marsial 2015-ci ildən “Mançester Yunayted”in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest