Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun açılış oyununda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Matc.az xəbər verir ki, məsələnin ilk qəribə tərəfi Ayxan Abbasovun komandasının oyuna iş günü çıxmasıdı.

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun açılış oyununda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Matc.az xəbər verir ki, məsələnin ilk qəribə tərəfi Ayxan Abbasovun komandasının oyuna iş günü çıxmasıdı.

Tovuz şəhər stadionunda ev oyunlarını təkcə yerli komanda yox, Gəncə təmsilçisi “Kəpəz” də keçirir. Amma arenanın sahibi rəqibini iş günü, iş saatı qəbul edəcəksə, məkanı icarəyə götürən “Kəpəz” bazar günü meydana çıxacaq.

Problem bununla da bitmir. Son günlər tovuzluların “Gənclik şəhəri” təmsilçisinə qəsdən uduzdurulacağına dair söz-söhbət gəzir. Bu mövsüm hakimlər tərəfindən ən çox sıxışdırılan komanda məhz “Turan Tovuz”du. Əksinə, “Sumqayıt” məhz referilərin səhvlərindən ən çox yararlanan tərəfdi. Hesablamalara əsasən, “boz qurdlar” kobud hakim səhvləri ucbatından cari mövsüm 14 xal itiriblər. Əgər bu itkilər olmasaydı, komanda çoxdan gümüş medalı təmin etmişdi. Elə ilk dövrədə bu komandaların Sumqayıtdakı duelinin baş hakimi Kamal Umudlu tovuzluların hücumçusu Martin Petkova qarşı rəqibin cərimə meydançası daxilindəki qayda pozuntusuna göz yummuşdu.

Bütün bu faktları nəzərə alsaq, hakimlərin Qərb komandasına qarşı qərəzli davranacağı ehtimalı yüksəkdi.

“Turan Tovuz”dakı Quliyev-Abbasov-Nəbiyev-Nəsibov “kvartet”i futbolumuzdakı çirkli qüvvələri narahat edir. Klubun rəhbəri Ehtiram Quliyevin mərhələli inkişaf planı, futbola gətirdiyi yeni baxış, eyni zamanda baş məşqçi Ayxan Abbasovun prinsipiallığı, menecerlərlə işbirliyinə getməməsi bu iki fiquru futbolumuzun düşmənləri üçün əsas hədəfə çevirib. “Qara qüvvələr” mümkün olan bütün yollarla onlara maneçilik törətmək istəyirlər.

Komandanın hakimlər tərəfindən sıxışdırılması isə bu üsullardan biridi. Onlar bu yolla bir neçə məqsəd güdürlər:

1. Klubun sponsorunu futboldan küsdürmək.

2. Yaxşı nəticələr əldə olunmayacağı təqdirdə baş məşqçi, futbolçular və rəhbərliyə qarşı azarkeşlərin qəzəblənəcəyinə ümid edirlər. Hətta bunun üçün rayondakı bəzi qüvvələri də iki mövsümdür işə salıblar. Onların əli ilə kluba qarşı əks-təbliğat aparırlar.

3. Heç kimə sirr deyil ki, ötən əsrin 90-cı illərində, həmçinin 2000-ci illərin əvvəlində Tovuzda səhv edən hakimlərə qarşı çox sərt davranıblar. Hətta döyülənlər olub. Bu qüvvələr ümid edirlər ki, “Turan Tovuz” azarkeşləri “boğaza yığılıb”, hakimlərə eyni dərsi keçəcəklər və bununla Tovuz futbolunu yenidən qaranlığa qərq etmək üçün əllərinə şans düşəcək.

Ancaq “Turan Tovuz” rəhbərliyi bütün bunları gözəl başa düşür. Elə tribunalara toplaşan fanatlar da. Nə azarkeşlər, nə klub, nə futbolçu, nə də məşqçi heyəti bu təxribatlara uyacaq.

Yerli fanatlar gözəl anlayırlar ki, “Turan Tovuz” doğru yoldadı və bunun sonu uğurdu. Bu mövsüm avrokuboklara vəsiqə qazanılsa da, qazanılmasa da, azarkeşlər “Turan Tovuz”a üz çevirməyəcəklər.

İlkin ABBASOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest