Avropa Liqasının 1/4 final mərhələsində “Vest Hem”lə səfərdə 1:1 hesablı heç-heçə edən “Bayer” məğlubiyyətsiz oyunlar seriyasını 44-ə yüksəldib. Matc.az xəbər verir ki, Almaniya klubu bununla “böyük beşlik” ölkələri arasında yeni rekorda imza atıb.

Leverkuzenlilər “Yuventus”un 2011-12 mövsümündəki rekordunu yeniləyib. İtaliya nəhəngi həmin vaxt ardıcıl 43 qarşılaşmada uduzmayıb. “Bayer”in isə rekordunu yeniləmək şansı davam edir.
Xabi Alonsonun kollektivi sona 5 tur qalmış Bundesliqada çemionluğu təmin edib. Komanda həmçinin Almaniya Kubokunda finala, Avropa Liqasında isə yarımfinala yüksəlib.