Azərbaycan Premyer Liqasının XXXI turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının oyununun biletləri bu gündən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən “iticket.az”da bilet əldə edə biləcəklər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir. Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.