"Mançester Siti" Pep Qvardiolanın baş məşqçi postundan getməsinə hazırlaşır.
 
Matc.az xəbər verir ki, bu barədə məşhur jurnalist Xorxe Pikon məlumay yayıb. Mənbənin sözlərinə görə, “şəhərlilər” ispan mütəxəssislə müqavilənin uzadılacağına əmin deyillər. Hazırkı sözləşmənin müddəti isə 2025-ci ildə başa çatır.
 
Hazırda "Jirona"ya rəhbərlik edən Mişel baş məşqçi postuna namizədlər arasında nəzərdən keçirilir.
 
Qvardiolanın rəhbərliyi altında "şəhərlilər" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub və ötən mövsüm trebl əldə edib. Mançester təmsilçisi ispaniyalının "sükanı arxası"na keçdiyi müddətdə 5 dəfə Premyer Liqanın qalibi olmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest