“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Barselona”ya rəhbərlik edə bilər.
 
Matc.az xəbər verir ki, "Teamtalk" nəşri məlumat yayıb. Mənbənin verdiyi məlumata əsasən, "Barsa" rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağını artıq bəyan edən hazırkı baş məşqçi Xavini saxlamaq üçün əlindən gələni edir. Emeri isə Xavinin yerinə potensial namizədlər siyahısındadır.
 
Unainin rəhbərlik etdiyi "Aston Villa" hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşıb və Konfrans Liqasının yarımfinalına yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest