“Uembli”də İngiltərə Kubokunun yarımfinalında “Mançester Siti” və “Çelsi” komandaları arasında görüş keçirilib.
 
Matc.az xəbər verir ki, oyun 1:0 hesabı ilə Xosep Qvardiolanın komandasının qələbəsi ilə yekunlaşıb.
 
"Şəhərlilər" bütün yarışlarda ardıcıl 29 matçdır uduzmur - 23 qələbə və 6 heç-heçə. Bu, "Man Siti" tarixində rekord qıran seriyadır.
 
Sonuncu dəfə “Siti” 2023-cü il dekabrın 6-da Premyer Liqanın 15-ci turunda səfərdə “Aston Villa”ya 0:1 uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest