21 Aprel 2024, 12:00
FUTBOL
"İnter Mayami"nin yarımmüdafiəçisi Serxio Busketsin yeni övladı dünyaya gələcək.
Matc.az xəbər verir ki, 35 yaşlı ispaniyalı MLS-in adi mövsümündə "Naşvill"lə matçda (3:1) qol vurub. Lionel Messinin küncdən zərbəsindən verdiyi ötürmədən sonra Buskets fərqlənib. Bu, onun MLS-də ilk qolu olub.
O, topu köynəyinin altına salaraq qolu qeyd edib.
Qeyd edək ki, 2014-cü ildə Serxio Elena Galera ilə münasibət qurmağa başlayıb. 2016-cı ildə cütlüyün Enzo, 2018-ci ildə Levi adlı oğlu dünyaya gəldi.