21 Aprel 2024, 17:00
FUTBOL
Türkiyə 1-ci Liqasında 31-ci turun matçları keçirilib.
Matc.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” səfərdə “Bandırmaspor”la 1:1 heç-heçə edib.
Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu 90 dəqiqə oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə də alıb.
“Tuzlaspor” 33 xalla 15-ci pillədədir.