22 Aprel 2024, 20:19
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
	Luka Modriç "Real"da oynamağa davam edə bilər.
	Matc.az xəbər verir ki, xorvatiyalı “Los Blankos”la yeni müqavilə imzalamağı düşünür.
	Tərəflər arasında razılaşdırılacaq sözləşmənin müddəti 2024/25 mövsümünün sonuna qədər davam edə bilər. 
	Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "kral klubu"nun heyətində 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

 
             
 















