"Barselona"nın əfsanəsi Rivaldo katalonların cari mövsümdəki çıxışından danışıb.
 
Matc.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:
 
"Xavinin qalmaq qərarından sonra "Barsa" yenidən qurulmalıdır. Barselonadakı vəziyyəti sakitləşdirmək üçün Xavi işi davam etdirmək qərarına gəldi. Bu, düzgün addım idi.
 
Fikrimcə, Xavi və "Barselona" yaxşı mövsüm keçirmədilər. Onlar heç bir kubok qazana bilməyiblər. Amma Xavinin 2025-ci ilə qədər müqaviləsi olduğundan o, qalmaq qərarına gəlib.
 
Bizə bir neçə futbolçu satmaq, yenisini almaq, növbəti mövsüm üçün güclənmək lazımdır, çünki bu il uğursuz alınıb, rəqiblərimiz "Real" isə praktiki olaraq İspaniya çempionu olub və Çempionlar Liqasının yarımfinalına çıxıb. Bu il "Barselona" azarkeşləri üçün böyük məyusluq oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest