"Xetafe" La Liqanın 34-cü turunun matçında "Atletik"ə evdə 0:2 uduzub.
 
Matc.az xəbər verir ki, 27 və 51-ci dəqiqələrdə İnyaki Uilyams dubla imza atıb. Meyson Qrinvud isə 88-ci dəqiqədə penaltini qaçırıb.
 
Qonaqlar bu oyunda 3 qırmızı vərəqə alıblar: Yeray Alvares 58-ci, Aitor Paredes 79-cu və baş məşqçi Ernesto Valverde 85-ci dəqiqədə.
 
Matçdan sonra "Xetafe" 10-cu (43 xal), "Atletik" 5-ci (61 xal) pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest