"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqa çempionluğu uğrunda mübarizədən danışıb.
 
Matc.az xəbər verir ki, bu barədə o, "Evening Standard"a açıqlama verib:
 
“Ürəyimdə ümid edirəm ki, “Mançester Siti” xal itirəcək. Mən sadəcə qələbə qazanmaq istəyirəm və bunun üçün başqalarının xal itirməsi lazımdır və buna inanıram.
 
Qarşıda hələ çox matçlar var. Bu tempi davam etdirmək üçün özümüzü sübut etməli, hazırlaşmalı və növbəti matça qalib gəlməliyik. Biz bunu etməyə çalışırıq. 
 
Çempionlar Liqasına vəsiqə qazanmağı qeyd edirikmi? Xeyr". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest