"Milan" Serbiya millisinin hücumçusu Luka Yoviçlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
 
Matc.az xəbər verir ki, dünən “rossoneri”nin nümayəndələri futbolçunun agenti Fali Ramadani ilə görüşüb və tərəflər ortaq məxrəcə gəlib. Razılaşmanın detalları yaxın vaxtlarda açıqlanacaq. Milan Yoviçə yeni uzun müddətli müqavilə təklif etmək istəyir.
 
Forvard 2023-cü ilin sentyabrından Milan klubunda çıxış edir. Onun bütün turnirlərdə 28 matçı var, 9 qol, 1 məhsuldar ötürmə və 5 vərəqəsi (4 sarı və 1 qırmızı) var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest