"Kəpəz" Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.
 
Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi. 
 
- Ən rahat komanda "Kəpəz"dir. Bundan sonrakı oyunlarınız isə avrokuboklar uğrunda mübarizə aparan komandalarladır. Belə fikirlər var ki, həmin komandalar "Kəpəz"i stimullaşdıracaq. Bu fikirlərə münasibətiniz necədir?
 
- Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.
 
- Sanki bu gün sizin üçün final oyunu idi. "Neftçi" ilə matçda da meydanda belə mübarizə görəcəyik?
 
- Stressin bu həddə çatmasının səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizə qıcığı "Sumqayıt" verdi. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.
 
- Samir Abasov eyham vurdu ki, "Kəpəz"in aparıcı oyunçularının qırmızı vərəqə alması qarşıdakı matçlarda öz sözünü deyəcək...
 
- Samir Abasov düz qeyd etdi. Bu gün bizdə demək olar ki, oyunçu qalmadı.
 
- Sanki baş hakim oyunun ipini əldən vermişdi. Siz necə düşünürsünüz?
 
- Hakimlik barədə mənə sual verməyin, bu haqda danışan adamlara sual verin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest