“The New York Times” (NYT) qəzeti Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) təşkilatın prezidenti Canni İnfantinondan yazıb. Matc.az xəbər verir ki, qəzetin yazdığına görə, ali futbol qurumunun başçısı ABŞ-da yaşadığı müddətdə yaranan bütün vergi öhdəliklərini özü qarşılayıb.

Qəzet iddia edir ki, İnfantino ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatına hazırlığa rəhbərlik etdiyi dövrdə Mayamidə yaşayıb. Bu səbəbdən ödəməli olduğu vergilər federasiya tərəfindən ödənilib. FİFA 2024-2026-cı illər ərzində bu məqsədlə ümumilikdə 4 milyon dollar xərcləyib.

Dünya çempionatı üzərində işləmək üçün ABŞ-a köçən FİFA əməkdaşları üçün “vergi bərabərləşdirmə mexanizmi” mövcud idi. Lakin bu imtiyaz seçkili vəzifəli şəxslərə, o cümlədən İnfantinoya şamil olunmurdu. NYT iddia edir ki, bu güzəşt ona 2024-cü ildə kiçik bir komitə tərəfindən verilib və heç bir rəsmi sənəddə təsbit olunmayıb.

İlk dəfə 48 milli komandanın iştirak etdiyi 2026-cı il FİFA dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçirilib.

56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA prezidenti seçilib. O, bundan sonra daha iki dəfə yenidən seçilib və hər iki halda seçkilərdə yeganə namizəd olub. FİFA prezidentliyi uğrunda növbəti seçkilərin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest