"Real"ın yarımmüdafiəçisi Toni Kroos La Liqa çempionluğunu erkən qazanmağından danışıb.
 
Matc.az xəbər verir ki, bu barədə almaniyalı futbolçu "Marca"ya açıqlama verib:
 
“Biz "Kadis"ə qalib gəldik və “Barselona” 2:1 hesabı ilə öndə olanda evə getmək istəyirdim, amma hamı məni qalmağa inandırdı. 5 dəqiqə sonra hesab 2:4 oldu. Biz hot-doq yedik, ayrılmamaq əla qərar idi.
 
Hamı çılğın idi. Bu, yenidən böyük nailiyyət kimi hiss olunur. Ancaq mövsüm o qədər birmənalı idi ki, sonda daha az emosiya qaldı.
 
Aydındır ki, mən bu anı televizor qarşısında yox, canlı yaşamağa üstünlük verərdim. Ancaq fərqi yoxdur, bunu "Barselona"nın məğlubiyyəti ilə birləşdirmək ikiqat əla idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest