PSV "Bavariya"dan yarımmüdafiəçi Malik Tillmanı tam transfer edib.
 
Matc.az xəbər verir ki, Eyndhoven klubu ABŞ millisinin 21 yaşlı futbolçusu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Transfer məbləği 13 milyon avro təşkil edib.
 
Tillmann 2023-cü ilin yayında PSV-yə icarəyə verilmiş "Bavariya" yetirməsidir. Bu mövsüm Erediviziyada o, 26 matçda 9 qol vurub və 11 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest