11 May 2024, 13:33
FUTBOL
Braziliya millisinin baş məşqçisi Dorival Junior 2024-cü ildə keçiriləcək Amerika Kuboku üçün millinin heyətini açıqlayıb.
Matc.az siyahını təqdim edir:
Qapıçılar: Alisson ("Liverpul"), Bento ("Atletiko Paranaense"), Ederson ("Mançester Siti").
Müdafiəçilər: Danilo ("Yuventus"), Yan Kouto ("Jirona"), Giyerme Arana ("Atletiko Mineyro"), Vendell ("Porto"), Lukas Beraldo (PSJ), Eder Militao ("Real"), Qabriel Maqalhaes ("Arsenal"), Markinyos (PSJ).
Yarımmüdafiəçilər: Andreas Pereyra (“Fulhem”), Bruno Gimaras (“Nyukasl”), Duqlas Lui (“Aston Villa”), Joao Qomes (“Vulverhempton”), Lukas Paqueta (“Vest Hem”).
Hücumçular: Endrik ("Palmeyras"), Evanilson ("Porto"), Qabriel Martinelli ("Arsenal"), Rafinya ("Barselona"), Rodriqo ("Real"), Savinyo ("Jirona"), Vinisius Junior ("Real").
Cənubi Amerika komandaları arasında turnir 2024-cü il iyunun 20-dən iyulun 14-dək ABŞ-də keçiriləcək.