"Mançester Siti" bu gün İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində səfərdə "Fulhem"lə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, "Fulhem" Premyer Liqada "şəhərlilər"ə qarşı keçirdiyi son 15 ev oyunundan yalnız birində qalib gəlib - 2005-ci ilin noyabrında 2:1 hesablı qələbə.
 
Ancaq "Mançester Siti" bütün yarışlarda "Fulhem"lə keçirdiyi son 15 görüşün hamısında qalib gəlib. Seriya 2012-ci ilin fevralında evdə 3:0 hesablı qələbə ilə başlayıb. Premyer Liqanın hazırkı çempionları bu qələbə seriyası ərzində "Fulhem"ə  45 qol vurub və 15 oyunun hər birində ən azı 2 qol vurub.
 
Qeyd edək ki, Mançester klubu bu gün 3 xal qazanarsa, müəyyən bir rəqibə qarşı ən uzun qələbə seriyasına görə İngiltərədə yeni rekorduna imza atacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest