"Bavariya" Hans Fliklə danışıqlara başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Mövsümün sonunda Münhen klubunun baş məşqçisi Tomas Tuxel öz vəzifəsini tərk edəcək. Bir sıra mütəxəssislərin imtinasından sonra Münhen klubu daha əvvəl komandada çıxış etmiş (1985-1990) və 2019-2021-ci illərdə klubun baş məşqçisi olmuş Flikin geri qayıtması variantını nəzərdən keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest