Kilian Mbappe mövsümün sonunda "Real"a keçdikdən sonra Madrid klubunda ən çox qazanan futbolçu olacaq.
 
Matc.az xəbər verir ki, bu barədə RMC-nin jurnalisti Fabris Hokins məlumat verib.
 
Mbappe ötən gün PSJ-dən ayrılacağını açıqlayıb. Onun parislilərlə müqaviləsi iyunun 30-da başa çatır. 
 
25 yaşlı Mbappe “Real”da cinah hücumçusu Vinisius Junior və yarımmüdafiəçi Cud Bellinqemdən daha çox qazanacaq. O, həmçinin "Real" tarixində imic hüquqlarının ən böyük faizini alacaq.
 
Mbappe 2018-ci ildən bəri PSJ-də çıxış edir, 306 oyuna çıxıb və 255 qol vurub. Parislilərin heyətində 7 dəfə Fransa çempionatı da daxil olmaqla 15 kubok qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest