"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys karyerasına "İnter Mayami" və ya "Əl-Nəsr"də davam edə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi Dortmund klubundan ayrılacaq.
 
Mənbənin sözlərinə görə, Roys ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən bir neçə təklif alıb. Roysla maraqlanan klublar arasında Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ilə yanaşı, Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" də var.
 
Roys hazırda bütün diqqətini Çempionlar Liqasının finalında "Real"a qarşı keçirəcəyi oyuna yönəltdiyi üçün hələlik gələcəyi ilə bağlı yekun qərarı verməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest