11 May 2024, 21:00
FUTBOL
"Bavariya" "Real"a keçə biləcək müdafiəçi Alfonso Deyvisi "Milan"ın futbolçusu Teo Hernandeslə əvəzləmək istəyir.
Matc.az xəbər verir ki, Münhen klubu hələ fransalının transferi ilə bağlı danışıqlara başlamayıb. "Qırmızılar" fransalı futbolçunu 60 milyon avroya ala biləcəyinə ümid edir.
Qeyd edək ki, 26 yaşlı Hernandesin İtaliya klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.