Xorvatiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib.

Matc.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Dinamo” növbəti dəfə ölkəsinin ən yaxşısı olub.

Zaqreb təmsilçisi 34-cü turda “Osiyek”ə qalib gələrək xallarının sayını 78-ə çatdırıb. Komanda sonra 2 tur qalmış 2-ci yerdəki “Riyeka”nı 7 xal qabaqlayıb. Bununla da “Dinamo” çempionluğu rəsmiləşdirib. Mahir Emreli “Osiyek”lə matçda sona kimi ehtiyatda qalıb.
 
Qeyd edək ki, Mahir 2022-ci ilin fevral ayından “Dinamo”nun futbolçusudur. O, bu ilin yanvarında ciddi zədə alıb və həmin vaxtdan meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest