“Qəbələ” Premyer Liqanın 34-cü turunun “Sabah”la ev oyununun hazırlıq prosesini başa vurub.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ülvi İsgəndərov komanda ilə hazırlığa qatılmayıb.
 
O, fərdi məşqlə kifayətlənib.
 
Mayın 12-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest