Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Qanqvon”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 3:3.
 
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
 
“Daejeon” hazırda 11 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest