Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Botev”lə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
 
Cəlal da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
 
“Arda” hazırda 44 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest