15 May 2024, 17:54
FUTBOL
Tomas Tuxel növbəti mövsüm də “Bavariya”nın baş məşqçisi postunda qala bilər. Matc.az xəbər verir ki, Almaniya klubunun təcrübəli mütəxəssislə bağlı qərarını dəyişməsi istisna deyil.
Buna səbəb futbolçuların əksəriyyətinin Tuxelin qalmasını istəməsidi. Belə ki, kapitan Manuel Noyerin başçılıq etdiyi heyətin 80 faizə qədəri rəhbərlik qarşısında bu istəklə çıxış edib. Bundan sonra onun Münhen təmsilçisində qalması məsələsi rəhbərlik tərəfindən müzakirəyə çıxarılıb.
Qeyd edək ki, “Bavariya” rəhbərliyi bir müddət əvvəl Tomas Tuxelin yayda postundan ayrılacağını açıqlamışdı.