“Qalatasaray” həqiqətən xüsusi bir klubdu. Bizi böyük komandaya qarşı bir oyun gözləyir”. Matc.az xəbər verir ki, bunu “Ştutqart”ın futbolçusu Ermedin Demiroviç deyib.

Almaniya təmsilçisi UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qalatasaray”ın qonağı olacaq. Komandanın futbolçuları İstanbul səfəri öncəsi matçın atmosferi və rəqibin gücü barədə fikirlərini bölüşüblər.

Demiroviçin fikrincə, komandası bu çətin sınağa tam hazırdı: “Meydanda ən yaxşı performansımızı göstərmək üçün səfərbər olmuşuq”.

Klubun idman direktoru Fabian Volqemut isə İstanbuldakı oyunun gərgin və emosional keçəcəyini qeyd edib:

“İstanbulda matçın yüksək emosional fonda keçəcəyini təxmin edirik. Stadiondakı azarkeş dəstəyi və yaradılacaq səs-küylü atmosfer komandaların oyununa birbaşa təsir göstərəcək. Lakin biz bu cür gərgin ab-havada oynamağa psixoloji olaraq hazırıq.”

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest