02 Noyabr 2026, 17:42
FUTBOL
“Komandamız fiziki və mental baxımdan çox yaxşı vəziyyətdədir. Hazırkı durumumuz əvvəlki oyunlarla müqayisədə daha üstündür”
“Qalatasaray” sabah UEFA Çempionlar Liqasının mərhələ oyununda Almaniyanın “Ştutqart” klubunu qəbul edəcək. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq qarşılaşma öncəsi baş məşqçi Okan Buruk mətbuat konfransında vacib açıqlamalar verib.
“Sarı-qırmızılılar”ın çalışdırıcısı komandanın mövcud durumundan razı olduğunu bildirib: “Komandamız fiziki və mental baxımdan çox yaxşı vəziyyətdədir. Hazırkı durumumuz əvvəlki oyunlarla müqayisədə daha üstündür. “Lill” səfərində qazanılan 4:2 hesablı qələbə bizim üçün çox vacib idi. Əgər “Ştutqart” səddini də uğurla keçə bilsək, aktivimizdəki xalları 6-ya çatdıracağıq”.
Rəqibi təhlil edən Buruk almanların riskli oyun üslubuna diqqət çəkib: “Ştutqart” hücum xəttində olduqca güclüdü. Son oyunlarına baxanda çox riskli oynayan komandadır. Onların daxili çempionatdakı çıxışı ilə Avropa Liqasındakı performansı fərqlidir”.












