İngiltərə Premyer Liqasında "Aston Villa" əsas rəqibi "Tottenhem"in öz meydanında "Mançester Siti"yə uduzmasından (0:2) sonra vaxtından əvvəl Çempionlar Liqasına vəsiqə qazanıb.

Matc.az xəbər verir ki, bu, 1982/83 mövsümündən sonra "aslanlar"ın ÇL-də ilk çıxışı olacaq.

Belə ki, birmingemlilər 1982-ci ildə UEFA Çempionlar Kubokunu qazanıb, lakin növbəti mövsüm 1/4 finalda "Yuventus"a məğlub olaraq mübarizəni dayandırıb. O zamandan bəri isə İngiltərə təmsilçisi nə əvvəlki Çempionlar Kuboku, nə də sonradan onu əvəz edən Çempionlar Liqasına iştirak hüququ qazana bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest