15 May 2024, 23:10
FUTBOL
İspaniya La Liqasında cari mövsümün ən yaxşı baş məşqçisi mükafatına namizədlər açıqlanıb.
Matc.az xəbər verir ki, namizədlər siyahısında Karlo Ançelotti ("Real", Madrid), Miçel Sançes ("Jirona"), Ernesto Valverde ("Atletik"), Dieqo Simeone ("Atletiko") və Marselino Qarsiya Toral ("Vilyarreal") yer alıb.
La Liqanın ən yaxşısı adına layiq baş məşqçinin adı mayın 28-də keçiriləcək mərasimində müəyyənləşəcək.












