16 May 2024, 00:18
FUTBOL
2024-cü ildə Fransa Superkuboku uğrunda oyun Çinin paytaxtı Pekində keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Bu oyunda hazırkı ölkə çempionu PSJ Fransa kubokunun qalibi ilə qarşılaşacaq. PSJ və "Lion" Fransa Kubokunun finalında oynayacaq.
Qeyd edək ki, Paris təmsilçisi qalib gəlsə, Superkubok matçında onların rəqibi Liqa 1-in gümüş mükafatçısı "Monako" olacaq.