16 May 2024, 00:30
FUTBOL
Türkiyə Superliqasının təmsilçisi "Beşiktaş" "Nottingem Forest"dən icarəyə götürdüyü Co Uorrolla bağlı qərarını verib.
Matc.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi ümidləri doğrulda bilməyib.
Bu səbəblə, İstanbul təmsilçisi ingilis futbolçunun transfer hüququna yiyələnməyəcək və mövsüm bitdikdən sonra Uorrolla öz klubuna qayıdacaq.
Qeyd edək ki, "Beşiktaş" Co Uorrollu qışda icarəyə götürüb. İngiltərə U-21 millisinin sabiq üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.












