Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Estoniya komandasında baş məşqçi ilə bağlı qərar verilib. Matc.az xəbər verir ki, yerli federasiya çalışdırıcı Tomas Heberli ilə yollarını ayıracaq.

Onu bu postda əvəzləyəcək mütəxəssis də məlumdu. Belə ki, Estoniya millisini yerli Yurgen Henn çalışdıracaq. Bu təyinatın iyunda rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, C Liqasında mübarizə aparan Azərbaycan və Estoniya milliləri arasında oyunlar oktyabrın 11-də və noyabrın 16-da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest