16 May 2024, 13:41
FUTBOL
Braziliyada çempionatın iki turu təxirə salınıb. Matc.az xəbər verir ki, buna səbəb daşqın olmasıdı.
Braziliya Futbol Konfederasiyası ölkənin cənubunda baş verən daşqın səbəbindən liqanın 7 və 8-ci turlarını təxirə salıb. 20 klubdan 15-i belə bir tələblə çıxış edib.
Braziliyanın cənubunda şərait imkan verərsə, çempionat iyunun 1-də davam etdiriləcək.
Qeyd edək ki, Rio Qrande-du-Sul ştatında uzun sürən yağışlar nəticəsində daşqınlar başlayıb. Təbii fəlakət nəticəsində azı 149 nəfər ölüb, daha 108 nəfər itkin düşüb. 620 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.