16 May 2024, 16:13
FUTBOL
“Barselona”nın hücumçusu Robert Levandovski 2020-ci ildəkı çıxışına görə “Qızıl top” almayacaq. Matc.az xəbər verir ki, polşalı forvardın fərdi titula yiyələnəcəyi ilə bağlı məlumat təkzib olunub.
“Qızıl top”un təqdimetmə mərasiminə rəhbərlik edən “L'Équipe” nəşrinin direktoru Nikolas Manisye Levandovskinin 2020-ci ildəki performansına görə mükafatlandırılmasının nəzərdə tutulmadığını açıqlayıb.
Qeyd edək ki, Robert Levandovski 2020-ci ildə “Bavariya”nın heyətində 47 oyunda 55 qol vurub. Lakin koronavirus pandemiyası səbəbindən “Qızıl top” mükafatı ləğv edilib.