Məşqçilər korpusu geniş heyətə 27 futbolçu çağırıb. Ancaq onlardan biri qitə birinciliyinin iştirak ərizəsinə salınmayacaq.

Almaniya millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlayıb. Matc.az xəbər verir ki, məşqçilər korpusu geniş heyətə 27 futbolçu çağırıb.

Ancaq onlardan biri qitə birinciliyinin iştirak ərizəsinə salınmayacaq. Maraqlıdı ki, Mats Hummels, Leon Qoretska, Niklas Süle kimi tanınmış simalar heyətə salınmayıb.

Qapıçılar: Oliver Baumann, Manuel Noyer, Aleksander Nübel, Mark-Andre ter Ştegen

Müdafiəçilər: Valdemar Anton, Benjamin Henriks, Yozua Kimmix, Robin Kox, Maksimilian Mittelştedt, David Raum, Antonio Rüdiger, Niko Şlotterbek, Conatan Ta

Yarımmüdafiəçilər: Robert Andrix, Kris Furiç, Paskal Qros, İlkay Gündoğan, Toni Kroos, Camal Musiala, Aleksandar Pavloviç, Leroy Sane, Florian Virts

Hücumçular: Maksimilian Bayer, Niklas Füllkruq, Kay Haverts, Tomas Müller, Deniz Undav.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest