İngiltərə Premyer Liqası gələn mövsümdən etibarən videotəkrar sistemindən istifadəni dayandıra bilər. Matc.az xəbər verir ki, “Vulverhempton” təşkilatçılara rəsmi məktub göndərərək, VAR-ın istifadəsinin ləğvini tələb edib.

Klub qeyd edib ki, VAR-dan istifadə bir çox mənfi nəticələrə gətirib çıxarıb, o cümlədən qol qeyd etmələrinə təsir, uzun yoxlamalar, oyunun bütövlüyünün və hakimlərin meydanda məsuliyyətinin azalması və davamlı səhvlər...

İyunun 6-da Premyer Liqa klubları ümumi yığıncaqda VAR-ın ləğvi lehinə və ya əleyhinə səs verəcəklər. Qayda dəyişikliyini qəbul etmək üçün liqanın 20 komandasından ən azı 14-ü onun lehinə səs verməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest