16 May 2024, 18:52
FUTBOL
Türkiyə Superliqasıın 37-ci turunda baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" matçını idarə edəcək baş hakimin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan iki əzəli rəqibin görüşü Arda Kardeşlərə həvalə edilib. Onun köməkçiləri isə Mehmet Emin Tuğral ve Süleyman Özay olacaq.
Qeyd edək ki, qarşılaşma 19 may saat 20:00-da baş tutacaq.