16 May 2024, 21:35
FUTBOL
"Fənərbağça"nın prezidenti Ali Koçun, prezidentliyə namizədliyini açıqlayan və seçki vədi kimi Joze Mourinyonu gətirəcəyini bildirən Aziz Yıldırıma qarşı “Mourinyo planı” olduğu ortaya çıxıb.
Matc.az xəbər verirki, bununla bağlı “fənər”in idman direktoru Mario Brankonun portuqaliyalı məşhur məşqçi ilə görüşdüyü iddia edilir.
Brankonun Mourinyo ilə danışıqları müsbət nəticələnərsə, Ali Koçun da Mourinyo ilə görüşəcəyi bildirilib.
Xəbərə görə, "Fənərbaxça"nın prezidenti kim olursa olsun, məşqçi seçiminin Joze Mourinyo olacağı qeyd edilir.