Türkiyə I Liqasında çıxış edən "Boluspor"un heyətində yer alan Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin klubu Superliqaya yüksələ bilməyib.

Matc.az xəbər verir ki, komanda pley-off matçında "Bodrumspor"un qonağı olub. Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Beləliklə, "Boluspor" Superliqaya vəsiqə şansını itirib.

Qeyd edək ki, meydana start heyətində daxil olan Vüsal İsgəndərli 71-ci dəqiqədə əvəzlənib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest