“Aston Villa” rəhbərliyi komandanın hücumçusu Con Duranla yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, kolumbiyalı futbolçunun sözləşməsinin müddəti 2030-cu ilə qədər uzadılıb.

Yeni saziş Duranın maaşında ciddi artıma səbəb olub. Conun adı “Çelsi” və “Vest Hem” klubları ilə birgə hallanırdı. Məhz bu səbəbdən “Aston Villa” rəhbərliyi işini ehtiyatlı tutaraq onunla anlaşmanı yeniləyib.

Qeyd edək ki, 20 yaşlı forvard cari mövsümdə 10 oyunda 6 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest