"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibi olan Rumıniyanın FCSB klubu ölkə çempionatında növbəti oyununu keçirib. 

Matc.az xəbər verir ki, Rumıniya çempionu səfərdə Buxarets "Dinamo"sunu 2 cavabsız qolla məğlub edib.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Qarabağ"ın rəqibi turnir cədvəlində beşinci pilləyə yüksəlib. 

Xatırladaq ki, "Qarabağ" – FCSB matçı gələn il yanvarın 23-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest