“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının X turuna təsadüf edib. Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib.

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının X turuna təsadüf edib.

Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib. Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest